İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada alkoqol istehlakı 30 ilin minimumuna enib

748 08.12.2025 23:32 Dünya A A

Rusiyada alkoqol istehlakı kəskin azalmaqdadır və son 30 ilin minimumuna enib.

Musavat.com xəbər verir ki, ölkədə içki istehlakı artıq səkkiz aydır ardıcıl azalır və göstərici 1997–1998-ci illərdəki tarixi minimuma yaxınlaşır.

Bu ilin aprelində adambaşına alkoqol istehlakı 8,32 litr idisə, noyabrda rəqəm 7,63 litr-ə düşüb. Müqayisə üçün, 1997–1998-ci illərdə istehlak 7,6 litr səviyyəsində qalmışdı.

Ən az alkoqol qəbul edilən bölgələr Şimali Qafqaz respublikalarıdır — burada göstərici adambaşına 0,11–2,59 litr arasında dəyişir.

Noyabr ayının bölgə göstəriciləri:

Moskva: 4,76 litr

Sankt-Peterburq: 6,28 litr

Mütəxəssislər azalmanı iqtisadi faktorlar, dəyişən sosial davranışlar və istehlak vərdişlərində uzunmüddətli trendlərlə izah edirlər. Bu, Rusiyada alkoqol tələbatının struktur olaraq dəyişdiyinə işarə hesab olunur. 

 

Musavat.com

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR