Rusiyada demoqrafik vəziyyəti “düzəltmək” üçün radikal təkliflər yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, kilsə-yönümlü pravoslav dini-patriot qruplar ölkədə “subay kişilərin vahid reyestrinin” yaradılmasını təklif ediblər. Bu barədə məlumatı rus mediası yayıb.
Qeyd olunur ki, oxşar ideyalar daha əvvəl də müzakirə edilib. Xatırladaq ki, iyul ayında Dövlət Dumasında uzun müddət evlənməyən kişilərin ayrıca siyahıya alınması və hətta onların məcburi şəkildə orduya çağırılması təklifi gündəmə gətirilmişdi.
Tənqidçilər hesab edir ki, hökumət sosial rifahı yaxşılaşdırmaq, yaşayış şəraitini yüksəltmək və insanların ailə qurmasını stimullaşdırmaq əvəzinə, yenidən təzyiq və nəzarət mexanizmlərinə üstünlük verir. Ekspertlər bu yanaşmanı avtoritar idarəçiliyin klassik nümunəsi kimi qiymətləndirirlər.
Musavat.com






