İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hər 10 nəfərdən 4-ü dipfeyki adi videodan seçə bilmir

328 05.12.2025 00:25 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiyada aparılan yeni tədqiqat süni intellektlə yaradılmış görüntülərin ictimaiyyət üçün ciddi problemə çevrildiyini göstərib.

Respondentlərin 21 faizi mütəmadi olaraq AI tərəfindən hazırlanmış kontentlə qarşılaşdığını deyib. Daha diqqətçəkən məqam isə budur ki, sorğu iştirakçılarının 43 faizi dipfeyki real insana məxsus materialdan ayırd edə bilmədiyini etiraf edib.

Araşdırma həmçinin göstərib ki, respondentlərin yarısı — 51% — dipfeyk texnologiyasını səhv başa düşür və onu “bot”, “videomontaj”, “retuş” və ya “karikatura” kimi qiymətləndirir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR