İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada maaş uçurumu rekord həddə çatdı – rəhbərlər əməkdaşlardan 10–50 dəfə çox qazanır

1264 08.12.2025 22:47 Dünya A A

Rusiyada korporativ sektorda rəhbərlərlə sıravi əməkdaşlar arasındakı maaş fərqi sürətlə böyüyür.

Musavat.com xəbər verir ki, analitik göstəricilərə əsasən, ötən il funksional sahə rəhbərlərinin gəliri onların tabeliyində çalışan yeni əməkdaşların maaşından orta hesabla 10 dəfə artıq olub.

Musavat.com-un əldə etdiyi məlumata görə, iri şirkətlərdə bəzi CEO-ların məvacibi sıravi əməkdaşlarınkından 50 dəfə yüksəkdir. Kadr mütəxəssisləri bu uçurumun səbəbini Rusiya korporativ idarəçiliyində illərdir mövcud olan modellə izah edirlər: rəhbər “əvəzedilməz fiqur”, sıravi işçi isə “ucuz və asan əvəzlənən resurs” kimi qiymətləndirilir.

Bu tendensiya əmək bazarına da təzyiq yaradır — aşağı səviyyəli vəzifələr üçün maaşlar süni şəkildə ucuz saxlanılır, yuxarıda isə astronomik məvacibli rəhbər təbəqəsi formalaşır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR