İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ŞOK HƏBSLƏR – Zelenskiyə dua etdikləri üçün… – ANBAAN VİDEO

1428 26.12.2025 21:45 Dünya A A

Rusiya KİV-lərinin yaydığı məlumata görə, Sankt-Peterburqda Ukrayna prezidenti Volodimir Zelenskinin sağlamlığı üçün dua etdikləri iddia olunan 70 nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslər “radikal təriqət” üzvləri kimi təqdim olunur. İlkin məlumatlara əsasən, sözügedən qrupun Ukraynada yaradıldığı iddia edilir. 

Rusiya mediası bildirir ki, qrupun fəaliyyəti təhlükəsizlik orqanlarının diqqətini çəkib və bu səbəbdən əməliyyat tədbirləri həyata keçirilib. Saxlanılan şəxslərlə bağlı əlavə istintaq hərəkətlərinin aparıldığı qeyd olunur.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib. Məsələ ətrafında araşdırmaların davam etdiyi bildirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR