Rusiya ordusu Odessa vilayətinin cənubunda, Rumıniya ilə sərhəddə yerləşən Orlivka keçid məntəqəsinə PUA ilə zərbə endirib, xəsarət alanlar var. Ukrayna vilayətinin Gömrük Xidməti məlumat yayıb.
Açıqlamaya görə, noyabrın 22-nə keçən gecə Rusiyaya məxsus pilotsuz uçan aparat Orlivka kompleksinin infrastrukturuna ziyan vurub.
“Orlivka beynəlxalq nəzarət-buraxılış məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb. Hazırda fəsadların aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür”, - məlumatda bildirilib.
TV Musavat-ın saat 12:15-də canlı yayımlanan "Həftə içi" efirində aparıcı Emil Salamoğlunun suallarını siyasi ekspert Züriyə Qarayeva cavablandırır.






