Kreml Azərbaycan Prezidenti İlham Əliyevin sıx iş qrafiki səbəbindən Sankt-Peterburqa planlaşdırılan səfərinin baş tutmamasına anlayışla yanaşıldığını bildirib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskovun sözlərinə görə, səfərin ləğvi ikitərəfli münasibətlərə heç bir mənfi təsir göstərmir və tərəflər arasında əməkdaşlıq əvvəlki tempdə davam edir.
“Moskva və Bakı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə davam edir”, – deyə Kreml sözçüsü vurğulayıb.
Musavat.com-un xəbər verdiyi kimi, Moskva şəhərində baş verən avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti, Fanil Sarvarov həlak olub.
Hadisə Rusiya paytaxtının mərkəzinə yaxın yaşayış zonasında qeydə alınıb və dərhal ölkə gündəmini silkələyib. Rusiya istintaq orqanları faktı hədəfli sui-qəsd kimi qiymətləndirir və hücumun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəli ola biləcəyini iddia edir.
Məlumatlara görə, general-leytenant Fanil Sarvarov səhər saatlarında xidməti avtomobili ilə hərəkətə başladığı anda maşının alt hissəsinə əvvəlcədən yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. Güclü partlayış nəticəsində avtomobil tamamilə dağılıb, Sarvarov isə hadisə yerində həyatını itirib. Ərazi dərhal mühasirəyə alınıb, polis, Fövqəladə Hallar Nazirliyi və Rusiya İstintaq Komitəsinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






