Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketi ətrafında müzakirələr davam edir.
Musavat.com xəbər verir ki, Almaniyanın Welt qəzeti Avropa diplomatik mənbələrə istinadən yazır ki, Belçika və Fransa paket çərçivəsində nəzərdə tutulan “Rusiyadan uran idxalına qadağa” təşəbbüsünə qarşı çıxır.
Məlumata görə, hər iki ölkə nüvə enerjisindən yüksək asılılıq səbəbindən Rusiyadan uran tədarükünün davam etdirilməsində maraqlıdır. Diplomatik mənbələr bildirir ki, Belçika və Fransa uranı Cənubi Afrika, Avstraliya və ya Kanada kimi alternativ ölkələrdən də əldə edə bilər. Lakin bu halda maddi xərclərin ciddi şəkildə artacağı və enerji istehsalının maya dəyərinə birbaşa təsir göstərəcəyi vurğulanır.
Qeyd olunur ki, məhz maliyyə yükünün ağırlaşması Belçika və Fransanın Rusiyadan uran idxalına qadağa ideyasına qarşı çıxmasının əsas səbəblərindən biri kimi dəyərləndirilir.
Musavat.com






