İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı alimlər xərçəng preparatının sınağından 20 milyon rubl oğurlayıblar

379 12.12.2025 16:50 Dünya A A

Sankt-Peterburqda alimlər xərçəng dərmanının sınağı zamanı 20 milyon rubl oğurlamaqda təqsirli biliniblər.

Musavat.com Lemtaşru-ya istinadla xəbər verir ki, Sankt-Peterburqda Kuybışevsk rayon məhkəməsi üç alimi mühakimə edib.

Təqsirləndirilən şəxslər Mixail Zaxarov, Vladimir Vinoqradov və Vladimir Kristopdur. Dördüncü təqsirləndirilən şəxs G.V.Aleksandrov hazırda xaricdə yaşayır və beynəlxalq axtarışdadır. Onlar Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ("Xüsusilə külli miqdarda dələduzluq") ilə təqsirli biliniblər. Təqsirləndirilən şəxslər günahlarını etiraf edib və peşman olduqlarını bildiriblər. Onlar dəymiş zərəri qismən ödəyiblər.

Məhkəmənin yekununda Zaxarov 5,5 il, Vinoqradov və Kristop isə hər biri dörd il həbs cəzası alıblar. Hər üçünə beş illik sınaq müddəti ilə şərti cəza kəsilib.

Məhkəmə alimlərin heyvanlar üzərində təcrübə aparmadıqlarını və saxta sənədlər təqdim etdiklərini müəyyən edib. Sınaqlar keçirilməyib, preparatın isə effektsiz olduğu barədə saxta rəy hazırlanıb. Sınaq üçün ayrılan 20 milyon alim-həkimlər tərəfindən mənimsənilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR