İnsanlara hürriyət, millətlərə istiqlal!

Saç tökülməsi tarixə qovuşur— Möcüzəvi serum hazırlandı

1374 08.12.2025 01:17 Dünya A A

Saç tökülməsinə qarşı mübarizədə elm tarixinin ən ümidverici irəliləyişlərindən biri əldə olunub. Tədqiqatçılar saçların böyüməsini 539% sürətləndirən yeni serumun hazırlandığını açıqlayıblar.

Musavat.com-un məlumatına görə, “Klasoteron” adlanan bu preparat nə inyeksiya, nə də daxilə qəbul tələb edir — sadəcə baş dərisinə çəkilir. Onun möcüzəvi təsiri follikulları zədələyən hormonların bloklanması ilə bağlıdır. Preparat demək olar ki, qana sorulmadığı üçün yan təsirlərin riski minimum olur.

Klinik sınaqlarda 1,5 min nəfər iştirak edib və nəticələr olduqca ümidverici hesab olunur.

Statistikaya əsasən, 50 yaşına çatan kişilərin yarısı müəyyən dərəcədə saç tökülməsi problemi yaşayır. Mütəxəssislər yeni serumu bu sahədə ən perspektivli həll yollarından biri kimi qiymətləndirirlər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR