Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Rusiyaya səfər edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Senatın Müdafiə Komitəsinin rəhbəri Müşahid Hüseyn Səid bildirib.
"Pakistanın Baş naziri gələn həftə Rusiya Federasiyasına səfər edəcək", - o, Moskva-İslamabad media forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn səfər tarixi əhəmiyyətə malik olacaq və iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsində mühüm addım olacaq.
Musavat.com






