İnsanlara hürriyət, millətlərə istiqlal!

Şahın əxlaqsız oğlunu təlxək kimi ortaya atıblar: Amerika İranın bölünməsini istəmir – Rauf Arifoğludan təhlil - VİDEO

1364 20.01.2026 20:00 Siyasət A A

Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat-ın canlı efirinin qonağı olub və İranda gedən proseslərə, xarici oyunçuların roluna, prezident Məsud Pezeşkian faktoruna, eləcə də İran dövlətinin transformasiyası ilə bağlı mümkün ssenarilərə qiymət verib.

Musavat.com Rauf Arifoğlunun çıxışından əsas tezisləri təqdim edir.

“Vaxt udmaq üçün repressiyalar davam edəcək”

“Rejim heç kəsi bağışlamayacaq. Edamlar davam edəcək — bu, yaxın iki–üç il üçün vaxt udmaq cəhdidir. Biz müəyyən dövriyyəni görürük: etirazlar 2019-cu ildə baş qaldırdı, sonra 2022-ci ildə, indi isə proses yenidən aktivləşib və 2025-ci ildən 2026-cı ilə keçir. Bu müddət ərzində gərginlik və repressiyalar qalacaq”.

“Azərbaycanlılar təxribatlara uymadılar”

“Yeganə müsbət məqam ondan ibarətdir ki, İranın onurğa sütunu olan azərbaycanlı türklər Trampın, İsrailin və şah rejimi tərəfdarlarının təxribatlarına uymadılar. Buna görə də hazırda hakimiyyətin onlara qarşı total repressiyalar aparmaq üçün ideoloji əsası yoxdur.

Üstəlik, prezident Məsud Pezeşkian xalqa müraciət edəndə, azərbaycanlılar məhz onun dəstəyinə küçələrə çıxdılar”.

“Ən yaxşı variant – rejimin daxildən dəyişdirilməsidir”

“Əsas sual budur: İranda teokratik rejimi dəyişmək üçün ölkəni bombalamaq, kənardan xaos yaratmaq lazımdırmı, yoxsa idarəetmə sisteminin içində müttəfiqlər taparaq rejimi daxildən dəyişmək daha məqsədəuyğundur?

Şahın oğlu – Rza Pəhləvinin irəli sürülməsi, mahiyyət etibarilə, onun təlxəyə çevrilməsidir. Bu, İranın islam, milli və mühafizəkar dəyərlərindən uzaq bir insandır. O, mahiyyətcə antitürk və anti-azərbaycançıdır.

Ən optimal ssenari “Pezeşkian variantı”dır: azərbaycanlı türklərə söykənən yeni sistemin tədricən formalaşdırılması. Pezeşkian bu proses üçün əlverişli fiqurdur — onu həm milli çoxluğu təşkil edən azərbaycanlılar, həm də eyni dildə danışdığı və mədəni baxımdan yaxın olduğu kürdlər öz adamı hesab edirlər. Halbuki “şahın oğlu” modeli yalnız farslar və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən ayrı-ayrı qruplar tərəfindən dəstəklənir”.

“ABŞ İranda azərbaycanlı faktorundan qorxur”

“Amerika İranın parçalanmasında maraqlı deyil. Əgər ABŞ həqiqətən buna can atsaydı, şahın oğlu ilə deyil, azərbaycanlı faktorla — mühacirət liderləri, məsələn, Əhməd Obalı kimi fiqurlarla işləyərdi.

Vaşinqton prosesin nəzarətdən çıxacağından qorxur — SSRİ-də olduğu kimi. Onlar ehtiyat edirlər ki, Pezeşkian öz azərbaycanlı kimliyini ortaya qoyar və Şeyx Məhəmməd Xiyabani və ya Seyid Cəfər Pişəvəri kimi prosesləri Azərbaycanın ayrılmasına doğru aparar.

Amma Amerika istəsə də, istəməsə də, bu baş verəcək. İranda qaçılmaz olaraq yeni bir azərbaycanlı dövləti formalaşacaq. Çünki orada milli çoxluğu azərbaycanlılar təşkil edir və İranın gələcəyi məhz onların istədiyi kimi olacaq”, — deyə Rauf Arifoğlu yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR