Musavat.com xəbər verir ki, Ermənistan müxalifətinin tanınmış siması, “Hayastan” blokunun nümayəndəsi və ARFD Ali Orqanının üzvü İşxan Saqatelyan bu gün İstintaq Komitəsinə çağırılsa da, ifadə verməkdən imtina edib.
Saqatelyan sosial şəbəkədə canlı yayım zamanı bildirib ki, istintaq “hüquqi müstəvidən kənarda aparılan siyasi prosesdir” və bu səbəbdən hər hansı açıqlama vermək niyyətində deyil.
Müxalifət düşərgəsi hadisəni hökumətin siyasi təzyiq aləti kimi qiymətləndirir və “Müqəddəs Mübarizə” işi ətrafında aparılan araşdırmanın müxalifəti susdurmağa yönəldildiyini iddia edir.
Musavat.com






