İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyanın ofisi: WhatsApp-da saxta hesab yaradılıb

445 26.11.2025 19:23 Dünya A A

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi xəbərdarlıq edib ki, WhatsApp messencerində onun adına saxta hesab yaradılıb və bu hesabdan müxtəlif şəxslərə mesajlar göndərilir.

Musavat.com-un erməni mediasına istinadən məlumatına görə, Sarkisyanın ofisi artıq məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət edib, dələduzluq faktı barədə məlumat verib və saxta hesabın bloklanmasını tələb edib.

Açıqlamada vurğulanır ki, baş verənlər ictimaiyyəti çaşdırmağa yönəlmiş açıq şəkildə fırıldaqçılıq cəhdidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR