İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə xərcləri bu qədər olacaq - RƏSMİ

808 09.12.2025 12:34 Səhiyyə A A

Yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır. Əhalinin real gəlirlərinin artımı və sosial rifahının yaxşılaşması üçün 2026-cı ilin dövlət büdcəsində sosialyönlü xərclər 17,1 mlrd. manat nəzərdə tutulur.

Musavat.com bildirir ki, bunu parlamentdəki çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Hökumət başçısı bu vəsaitin xərclərin 41%-ni təşkil etdiyini qeyd edib.

Ə.Əsədovun sözlərinə görə, növbəti ilin dövlət büdcəsində təhsilin və innovativ inkişafın dəstəklənməsi üçün təhsil və elm xərclərinə 5,2 milyard manatdan çox vəsait ayrılacaq ki, bu da xərclərin 12.6%-ini təşkil edəcək.

Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur, bu da xərclərin 4.9%-i deməkdir.

Baş nazir deyib ki, icbari tibbi sığorta çərçivəsində - 2026-cı ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək:

“Eyni zamanda uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq Xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR