İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəxsi yanaşmalar deyil, obyektiv göstəricilər və dövlət maraqları əsas götürülməlidir-deputatdan etiraz

417 20.02.2026 11:36 Dünya A A

Deputat Müşfiq Cəfərov Milli Məclisin plenar iclasında çıxışı zamanı idarəetmə orqanları ilə bağlı məsələlərə toxunub.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, rəhbər dəyişdikdən sonra strukturda kütləvi kadr dəyişiklikləri baş verir: “Dövlət idarəçiliyində əsas prinsip institutların sabitliyi və mexanizmlərin davamlı işləkliyidir. Rəhbər dəyişiklikləri idarəetmənin təbii hissəsidir. Lakin hesab edirəm ki, rəhbər dəyişdikdə qurumda ciddi kadr dəyişikliyi dərhal baş verməməlidir".

M.Cəfərov bildirib ki, dövlət qurumuna yeni təyin olunan rəhbər ilk növbədə mövcud mexanizmin icraçısı kimi fəaliyyət göstərməlidir:

“Qurumun təsdiq olunmuş fəaliyyət planı, strateji xətti və institusional strukturu şəxsi yanaşmalardan asılı olaraq köklü şəkildə dəyişdirilməməlidir.

Çox zaman müşahidə edirik ki, rəhbər dəyişdikdən sonra strukturda kütləvi kadr dəyişiklikləri baş verir, şöbə müdirləri, müavinlər və digər əməkdaşlar vəzifədən uzaqlaşdırılır. Halbuki əsas meyar şəxsi münasibətlər deyil, işin nəticəsi və peşəkarlıq göstəriciləri olmalıdır. Əgər əməkdaşın fəaliyyəti zəifdirsə, dəyişiklik təbiidir. Lakin yüksək nəticə göstərən, təcrübəli və peşəkar kadrların sadəcə yeni rəhbərin fərdi baxışı səbəbilə dəyişdirilməsi institusional sabitliyə zərər vurur”.

Deputat qeyd edib ki, biz dövlət idarəçiliyini şəxslər üzərində deyil, sistem üzərində qurmalıyıq:

“Mexanizm elə işlək olmalıdır ki, rəhbər dəyişikliyi sistemi sarsıtmasın. Rəhbər dəyişikliyi menecer dəyişikliyi kimi qəbul olunmalı, qurumun əsas funksiyaları və icra mexanizmi sabit qalmalıdır. Bu baxımdan yeni yaradılan monitorinq agentliyinin rolu xüsusi əhəmiyyət kəsb edir”, deputat daha sonra vurğulayıb.

M.Cəfərovun fikrincə, monitorinq yalnız görülən işlərin nəticələri ilə məhdudlaşmamalıdır:

“Eyni zamanda struktur sabitliyi, kadr qərarlarının əsaslandırılması və edilən dəyişikliklərin məqsədəuyğunluğu da qiymətləndirilməlidir.

Əgər yeni rəhbər hər hansı struktur və ya kadr dəyişiklikləri aparırsa, bu dəyişikliklər sistemli əsaslandırılmalı və monitorinq mexanizmi çərçivəsində qiymətləndirilməlidir. Şəxsi yanaşmalar deyil, obyektiv göstəricilər və dövlət maraqları əsas götürülməlidir.

İnanıram ki, bu yanaşma dövlət idarəçiliyində sabitliyi, peşəkarlığı və uzunmüddətli effektivliyi daha da gücləndirəcək".

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR