Sığınacaqda yaşayan azyaşlı Əkbər Zülfüqarov bu gün baş məşqçi Qurban Qurbanovla görüşəcək.
Musavat.com-un məlumatına görə, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki sığınacaq açıqlama yayıb.
Bildirilib ki, "Qarabağ" – "Ayaks" oyununu sığınacaqda icazə alaraq təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarov bu gün "Qarabağ"ın oyununu izləmək üçün dəvət olunub. O, həmçinin baş məşqçi Qurban Qurbanovla görüşəcək və futbolçulardan imza almaq üçün özü ilə dəftər də götürüb.
Xatırladaq ki, Əkbər icazə alaraq Bakıda keçirilən “Qarabağ” – “Ayaks” (2:4) oyununu sığınacaqda təkbaşına izləyib. Bu anların videogörüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı.
Xalidə Gəray,
Musavat.com






