İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şimal axınları” işi üzrə şübhəli ukraynalı Almaniyada ağır şəraitdə saxlanılır

430 23.12.2025 22:59 Dünya A A

“Şimal axınları” qaz kəmərlərinin partladılması işi üzrə şübhəli bilinən ukraynalı veteran Sergey Kuznetsov Almaniyada ciddi məhdudiyyətlərlə üzləşib.

Musavat.com xəbər verir ki, hazırda Almaniya həbsxanasında saxlanılan Sergey Kuznetsovun vəkillərlə telefon əlaqəsi qurmasına icazə verilmir, ona kitab və məktub ötürülməsi qadağan edilib. Bu barədə vəkili Nikolay Katerinçuk “Babel” nəşrinə açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, Kuznetsovun müdafiə tərəfi ilə telefonla əlaqə yaratmaqla bağlı bütün müraciətləri cavabsız qalır. Onunla görüş yalnız nəzarətçi zabitlərin və tərcüməçinin iştirakı ilə keçirilib, məxfilik təmin olunmayıb.

Bildirilir ki, Kuznetsova gün ərzində cəmi bir saat gəzintiyə çıxmağa icazə verilir, qalan vaxtını isə təkadamlıq kamerada keçirir. Müdafiə tərəfi bu şəraitin məqsədli şəkildə psixoloji təzyiq xarakteri daşıdığını iddia edir.

Eyni zamanda vəkil qeyd edib ki, Rusiya ilə əlaqəli Nord Stream şirkəti istintaq materiallarına çıxış əldə etməyə çalışır. Müdafiə tərəfinin fikrincə, bu addım gələcəkdə Ukraynaya qarşı maddi iddiaların irəli sürülməsi məqsədi daşıya bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR