İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA - İŞİD düşərgəsindən 20 mindən çox məhbus QAÇIB - Bəziləri Türkiyəyə KEÇİB

636 21.02.2026 21:16 Dünya A A

Suriyanın şimal-şərqindəki Əl-Hol düşərgəsindən 20 mindən çox məhbus kütləvi şəkildə qaçıb.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qaçış İŞİD döyüşçüləri və onların ailələrinin saxlanıldığı düşərgədə, bölgənin Suriya hökumətinin nəzarətinə keçməsindən sonra baş verib.

Nəşr yazır ki, düşərgədəki minlərlə məhbus qaçmağı bacarıb və artıq ölkə daxilində səpələnib, bəziləri isə qanunsuz olaraq İraq və Türkiyəyə keçib.

"Financial Times" qeyd edir ki, qaçışı kimin təşkil etdiyi hələlik məlum deyil.

Müxtəlif nəzəriyyələr var. Belə ki, həm Suriya hökumət rəsmilərinin, həm də yerli qəbilələrin İŞİD ilə əməkdaşlıq etməsi ehtimal olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR