Rusiyada “İskəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib.
Bu barədə Ukrayna KİV məlumat yayıb.
Məlumatına görə, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb. Bildirilir ki, müəssisə “İskəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur.
Zərbənin “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur.
Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Şebekino dairəsinə hücumları nəticəsində iki nəfər həlak olub, üç nəfər yaralanıb.
Bunu isə vilayət rəhbəri Vyaçeslav Qladkov “Telegram” kanalında məlumat yayıb.
TV Musavat-ın saat 11:15-də canlı yayımlanan "Həftə içi" verilişində gündəmi politoloq Zaur İbrahimli ilə müzakirə edirik.






