2011-ci il təvəllüdlü azyaşlı qız 3 nəfər tərəfindən cinsi zorakılığa məruz qalıb.
Musavat.com bildirir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə sosial media hesabında məlumat verib.
O bildirib ki, sığınacağın qaynar xəttinə belə bir müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı polisə məlumat daxil olub. Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda araşdırmalar davam etdirilir.
Şahanə Rəhimli
Musavat.com






