İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İranın BƏƏ-yə hücumunda azərbaycanlılar da YARALANDI – Rəsmi siyahı AÇIQLANDI

1760 04.04.2026 19:25 Son xəbər A A

İranın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 217 nəfərə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində yayımlanan gündəlik hesabatında qeyd olunub.

Məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti yüngül və ağır dərəcəli olmaqla dəyişir.

Nazirliyin açıqlamasında zərərçəkənlərin siyahısı da təqdim edilib:

"Ümumilikdə 217 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar arasında BƏƏ, Misir, Sudan, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn, Komor adaları, Türkiyə, İraq, Nepal, Nigeriya, Oman, İordaniya, Fələstin, Qana, İndoneziya, İsveç, Tunis, Mərakeş və Rusiya vətəndaşları var".

Xatırladaq ki, ötən gün hadisə nəticəsində 203 nəfərin xəsarət aldığı bildirilirdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR