İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda 600 abonentin qazı KƏSİLƏCƏK

1283 30.12.2025 10:29 Ölkə A A

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Musavat.com-a verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR