İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt silaha çevrilir: Çini çökdümərk üçün müdhiş plan!

619 27.02.2026 16:09 Dünya A A

Vaşinqton və Pekin arasında texnoloji rəqabət yeni mərhələyə keçə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, "Financial Times" qəzeti ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Çinin infrastrukturunda zəiflikləri aşkar etmək üçün süni intellekt əsaslı alətlər hazırlamağı planlaşdırdığını yazıb.

Mənbələrin bildirdiyinə görə, nəzərdə tutulan sistemlər enerji şəbəkələri, kommunal infrastruktur və digər kritik obyektlər barədə məlumat toplayaraq onların proqram təminatındakı mümkün boşluqları müəyyən etməlidir. Daha sonra aşkar edilən zəif nöqtələr potensial hərbi planlaşdırma sənədlərinə daxil edilə bilər.

FT-nin yazdığına görə, mümkün hədəflər sırasında məlumat emal mərkəzlərinin yaxınlığında yerləşən elektrik stansiyaları da ola bilər. ABŞ rəsmilərinin planına əsasən, ehtimal olunan hərbi qarşıdurma zamanı bu zəifliklərdən istifadə edilərək sistemlərə müdaxilə və onların fəaliyyətinin pozulması mümkün ola bilər.

Pentaqon qəzetin sorğusuna cavab olaraq məlumatı şərh etməkdən imtina edib.

Qəzet keçmiş kəşfiyyat rəsmisi Dennis Uaylderin sözlərinə istinadən texnologiyanı belə təsvir edir: “Bu, gecə vaxtı evlərin qapılarını yoxlayan oğruya bənzəyir. Süni intellektlə həyata keçirilən sındırma cəhdləri yoxlanılan ‘qapıların’ sayını dəfələrlə artıra bilər”.

Məlumata görə, Pentaqon artıq bir neçə aparıcı süni intellekt şirkəti ilə danışıqlar aparıb. Bundan əvvəl OpenAI, Anthropic, Google və xAI kimi şirkətlərlə ümumilikdə təxminən 200 milyon dollar dəyərində müqavilələr bağlanıb. Lakin yeni zəiflik axtarışı alətlərinin hazırlanmasında konkret hansı şirkətlərin iştirak edəcəyi açıqlanmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR