İnsanlara hürriyət, millətlərə istiqlal!

Surinamda dəhşət: ata uşaqlarını və qonşularını bıçaqladı — azı 9 ölü

563 29.12.2025 01:00 Dünya A A

Surinamın Rişelye şəhərində beşi uşaq olmaqla azı doqquz nəfər bıçaq xəsarətlərindən ölüb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, 43 yaşlı kişi həyat yoldaşı ilə mübahisə etdikdən sonra uşaqlarına, daha sonra isə qonşularına bıçaqla hücum edib.

Şübhəli şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da hücum etməyə cəhd edib və həbs olunarkən yaralanıb.

Rişelye polisi daha bir uşaq və bir yetkinin ağır yaralandığını və onların paytaxt Paramaribodakı xəstəxanada müalicə olunduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR