Tacikistan Xarici İşlər Nazirliyi “Röytesr”in Əfqanıstan sərhədində birgə patrul xidməti barədə KTMT ilə danışıqlar barədə xəbərlərini təkzib edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tacikistan XİN-in nümayəndələrinin sözlərinə görə, Tacikistan sərhəd təhlükəsizliyini müstəqil şəkildə təmin edir və Əfqanıstanla sərhəddə vəziyyət sabit və nəzarət altındadır.
XİN-dən verilən açıqlamada qeyd olunub ki, yalan məlumatların yayılması beynəlxalq ictimaiyyəti çaşdıra bilər. Tacikistanın rəsmi açıqlamasından qısa müddət sonra “Röyters” kifayət qədər dəlil gətirərək məqaləsini silib.
Musavat.com






