İnsanlara hürriyət, millətlərə istiqlal!

Taker Karlson: “ABŞ üçün Rusiyadan yaxşı müttəfiq yoxdur”

508 11.12.2025 16:41 Dünya A A

Amerikalı tanınmış TV aparıcısı və publisist Taker Karlson ABŞ-ın geosiyasi tərəfdaşlıqlarını dəyərləndirərkən sensasion açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Amerikanın “əsas kök dəyərləri” Rusiyanın mövcud ideoloji xətti ilə daha çox üst-üstə düşür.

Karlson bildirib ki, xristian dəyərləri, ailə institutunun qorunması və resurs potensialı baxımından ABŞ üçün Rusiyadan daha münasib strateji tərəfdaş tapmaq çətindir:

“Məncə bizim əsas kök dəyərlərimiz olan xristian dəyərləri, ailə dəyərləri və resurs baxımından nəzərdən keçirsək, Amerika üçün Rusiyadan yaxşı müttəfiq ola bilməz. Ümid edirəm ki, Rusiya və ABŞ müttəfiq olacaqlar. Çünki Rusiya kimi müttəfiq ABŞ üçün yalnız faydalı ola bilər”.

Taker Karlsonun bu fikirləri ABŞ-da davam edən daxili ideoloji qarşıdurma fonunda səslənir. Vaşinqtonla Moskva arasında münasibətlərin son illər ən gərgin dövrlərdən birini yaşadığı bir vaxtda belə çağırışlar Amerika siyasi mühitində ciddi müzakirələrə səbəb olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR