İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixdə dönüş nöqtəsi: insan üçün orqan verən donuzlar

991 16.01.2026 00:26 Maraqlı A A

Rusiyada genetik modifikasiya olunmuş, insana transplantasiya üçün yararlı orqanlar verə bilən donuzların yaradılması planlaşdırılır.

Musavat.com xəbər verir ki, layihə donor orqan çatışmazlığı probleminin həlli üçün nəzərdə tutulur və 2030-cu ilə qədər reallaşdırılması hədəflənir.

Rusiya KİV-lərinin məlumatına görə, təşəbbüs Novosibirskdə fəaliyyət göstərən M-Genomika şirkəti tərəfindən icra olunur. Şirkətin baş direktoru Eduard Çuyko bildirib ki, layihə tam uğurla həyata keçirilərsə, bu, Rusiya tibbi tarixində fundamental dönüş nöqtəsi olacaq.

Açıqlamaya əsasən, layihənin ilk ilində təxminən 200 böyrəyin transplantasiya üçün insanlara təqdim olunması mümkündür. Bu əməliyyatların icbari tibbi sığorta (OMS) proqramına daxil edilməsi də planlaşdırılır ki, bu da transplantasiyanı daha əlçatan edəcək.

Növbəti mərhələdə texnologiyanın ürək, mədəaltı vəzi və qaraciyər kimi həyati əhəmiyyətli digər orqanlara uyğunlaşdırılması nəzərdə tutulur. Donor heyvanların tam steril şəraitdə, daimi baytarlıq və tibbi nəzarət altında yetişdiriləcəyi vurğulanır. Bu yanaşmanın transplantasiya üçün maksimum uyğunluq və təhlükəsizlik təmin edəcəyi bildirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR