İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz də ÜSYANA QALXDI, İran dünya ilə ƏLAQƏNİ KƏSİR

1374 07.01.2026 16:03 Ölkə A A

Təbriz şəhəri də İranda davam edən ümumxalq etirazlarına qoşulub. İranın Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Təbriz bazarı ümumxalq etiraz aksiyalarına dəstək olaraq bağlanıb və tətil elan edib.

Xatırladaq ki, İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında yerli valyutanın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemməti təyin edilib.
İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib, aksiyalar zamanı hakimiyyətə qarşı şüarlar səsləndirilir. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər var.

“İranda VPN və senzuranı keçmək üçün istifadə olunan digər vasitələr də bloklanıb, bir çox iranlının xarici dünya ilə əlaqəsi kəsilib”.

ABŞ Dövlət Departamenti İranda davam edən etiraz aksiyaları fonunda ölkə üzrə genişmiqyaslı internet kəsintiləri və iri şəhərlərdə ciddi rabitə pozuntuları barədə açıqlamasında bildirib.

Amerikanın xarici siyasət qurumu hesab edir ki, internetin kəsilməsi informasiyanı boğmaq və etirazları susdurmaq üçün açıq cəhddir: “Amma rejim nə qədər çalışsa da, zülmkar addımlarını dünyadan gizlədə bilməyəcək. Səsləri boğmaq və həqiqəti gizlətməyə nə ehtiyacı var?”.

Son günlər ölkə üzrə etirazların genişlənməsinə paralel olaraq, İranın bəzi bölgələrində internetə çıxış məhdudlaşdırılıb və ya tamamilə kəsilib. Rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi bundan əvvəl etirazlarla əlaqədar internetin məhdudlaşdırılması və kəsilməsini təsdiqləmişdi.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmaılomüzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR