İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Əfqanıstandan Tacikistana HÜCUM: Ölənlər var

1121 28.11.2025 17:09 Dünya A A

Tacikistanın Xatlon vilayətində, “İstiqlol” sərhəd zastavasının yaxınlığında yerləşən Şohin SM MMC şirkətinin işçi düşərgəsi noyabrın 27-nə keçən gecə Əfqanıstan ərazisindən atəşə tutulub.

Musavat.com xəbər verir ki, hücum zamanı atıcı silahlardan və qumbaraatanlı drondan istifadə edilib.

Nəticədə şirkətin üç çinli əməkdaşı həlak olub.

Tacikistan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum Əfqanıstan ərazisində fəaliyyət göstərən cinayətkar qruplar tərəfindən həyata keçirilib.

Rəsmi Düşənbə “Taliban” administrasiyasından birgə sərhəddə təhlükəsizliyin təmin olunması üçün təcili tədbirlər görülməsini tələb edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR