İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Tehranın mərkəzində yerləşən İranın rəhbərlik kompleksini hədəf alıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, bu kompleks bir neçə küçə boyunca uzanır və nüvə proqramı ilə bağlı iclaslar, İsrailə qarşı müharibənin idarə olunması və təhlükəsizlik qərarlarının qəbul edildiyi məkan olub.
Bəyanata görə, hücum zamanı onlarla mərmi Prezident Administrasiyası və Ali Təhlükəsizlik Şurasının binaları, Ali Təhlükəsizlik Şurası üzvlərinin toplanma yeri, Hərbi Akademiya və digər dövlət infrastrukturlarına düşüb.
TASS-ın məlumatına görə, ABŞ və İsrail hava qüvvələri Tehrana şimaldan - Əlborz dağ silsiləsini istiqamətindən zərbələr endirir.
İsfahanda müdafiə sənayesi zavodunda partlayış baş verib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) son peyk görüntülərinə əsasən, Natanzdakı yeraltı uran zənginləşdirmə obyektinin girişinə ziyan dəyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi tədqiqatçı Çingiz Məmmədovla İranı müzakirə edir.
https://www.facebook.com/tvmusavat\
https://www.youtube.com/@musavattv






