İranda aləm bir-birinə dəyib, di gəl, Tehranda nəşr olunan ermənidilli “Alik” qəzetinin baş redaktoru Aram Şahnazaryanın dərdinə baxın. Ölkədəki sosial-iqtisadi problemlərə, vətəndaş-hakimiyyət qarşıdurmasına, qanın su yerinə axmasına, minlərlə insanın həbsinə, şah oğlunun ölkəyə qayıtmaq üçün planlar qurmasına diqqət yetirmək əvəzinə, həmin bu Şah…nazaryan türklərin daşı ilə əlləşir.

Dediklərinə diqqət edin: “Əgər müharibə başlasa, İranda xaos yaransa, mən şübhə etmirəm ki, Azərbaycan-Türkiyə alyansı bu fürsəti qaçırmayacaq və Zəngəzur məsələsini birdəfəlik həll etməyə çalışacaq. Çünki hamımız bilirik ki, Zəngəzur dəhlizi məsələsi və ya Qərbin daha qablaşdırılmış və daha cəlbedici şəkildə təqdim etməyə çalışdığı “Tramp yolu” Azərbaycan və Türkiyəni qane etmir. Bu, onların son məqsədi deyil. Onların son məqsədi Zəngəzuru nəzarətə götürmək və Ermənistanı 1918-ci il Batumi müqaviləsinin sərhədləri çərçivəsində saxlamaqdır”.
Xəstə təfəkkürlü erməni baş redaktorun imkanı olsa, Tehranın Məcidiyə məhəlləsinin sakini Ejmin Məsihi adlı erməninin qətlində də Azərbaycan və Türkiyəni günahlandırardı. Öyrəncəlidirlər axı. Tarix boyunca türkləri şərləməklə, saxta iddialar ətrafına toplaşmaqla nəyəsə nail olmağa çalışıblar.

Azərbaycanın neft məhsulları aparan ikinci qatarı Gürcüstandan keçməklə Ermənistana gedib, İrəvandakı yanacaqdoldurma məntəqələrində Azərbaycan benzini və dizel yanacağı satılır. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, ötən il ərzində Azərbaycan ərazisi vasitəsilə Ermənistana 6580 ton taxıl, 1210 ton Azərbaycan benzini gətirilib. Rəsmən bəyan olunub ki, 8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisi vasitəsilə Ermənistana artıq 8485 ton Rusiya taxılı gətirilib, daha 4103 ton taxıl isə yoldadır. Bundan başqa, 7600 ton Azərbaycan neft məhsulları yoldadır ki, bunlardan 6100 tonu benzin və 1500 tonu dizel yanacağıdır. Erməni nazirin sözlərinə görə, ölkədə benzin və dizel yanacağı qiymətlərinin ötən ayla müqayisədə hər litr üçün 80 dram (0,36 AZN) azalması gözlənilir. Yəni Azərbaycanın açdığı transit yolu, həmçinin humanist mövqeyi nəticəsində ermənilər daha ucuz məhsul əldə etmək imkanı qazanıblar. Amma bu gün İranda sosial-iqtisadi problemlərin kəlləçarxa çıxdığı şəraitdə Şahnazaryan Ermənistana “təhlükə” barədə sarsaqlayır.

Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci il tarixdə Vaşinqton razılaşması əldə olunub. Bu razılaşmaya uyğun şəkildə Azərbaycan sürətli şəkildə sülh prosesində addımlar atır, Zəngəzur dəhlizindəki işlər də yaxın 5-6 ay ərzində yekunlaşacaq. Türkiyə də Bakı və İrəvan arasında əldə olunmuş anlaşmadan məmnundur. Ankara Ermənistanın üzünə qapatdığı sərhəd qapılarını açacağını da gizlətmir, amma təbii ki, Ermənistan öz öhdəliklərinə, ev tapşırıqlarına əməl edəcəyi halda. “Alik”in səhifələrində niyə bu müsbət məqamlardan, tarixi anlaşmalardan bəhs olunmur, 30 ildən artıq müddətdə ilk olan ticarət əlaqələri haqda yazılmır, amma hansısa sərsəm iddialar ortaya atılır?

Belə görünür ki, Tramp marşrutu - Zəngəzur dəhlizinə qarşı çıxışlar edən, hətta Məsud Pezeşkianın bu layihə ilə bağlı müsbət fikirlərini süngü ilə qarşılayan molla rejiminin başının qarışması Şahnazaryanı rəncidə edib və “müqəddəs yer”I boş qoymaq istəməyərək, absurd iddialar irəli sürüb. Axı, “Şirin quyruğu”, İranın “qırmızı xətti” barədə ağlına gələnləri söyləyənlərin başı qarışıb, üstəlik, ABŞ və İsrail təhdidi başlarının üstündədir, hər an vəziyyət dəyişə və 12 günlük müharibə zamanı olduğu kimi, bunkerə girmək lazım gələ bilər. İndiki situasiyada suyu bulandırmaq, “ayı xidməti” göstərmək missiyasını Şahnazaryan öz üzərinə götürüb. Bu axmaq anlamır ki, əgər Azərbaycan, yaxud Türkiyənin Ermənistanla bağlı hansısa niyyəti olsaydı, onu elə gecənin bir aləmində həyata keçirərdilər, o cümlədən Zəngəzur dəhlizinin tankla açılmasını da. Amma hər iki dövlət 3+3 formatlı əməkdaşlıq təşəbbüsü ilə çıxış edib, üstəlik, sülh sənədi paraflanıb, ticarət əlaqələri başlayıb, sərhədlərin dəqiqləşdirilməsi işi gedir…Bundan sonra nə qədər axmaq olasan ki, belə sərsəm iddiaları tirajlayasan, özü də İranın bu günündə…
Azərbaycan Prezidenti son günlərdə bir neçə dəfə bildirdi ki, 44 günlük müharibədən sonra bir sıra paytaxtlardan müharibəni niyə dayandırdıqları, zəif Ermənistanı hansı səbəbə tamamilə məhv etmədikləri barədə soruşublar. Amma dövlətimizin başçısı heç bir ölkənin ərazisində gözümüzün olmadığını və ərazi bütövlüyümüzün təmin olunması ilə kifayətləndiyini nəzərə çatdırıb. Yəni bu, ləyaqətli müharibə aparmaq nümunəsidir, qulağıkəsik androniklərin tör-töküntüsü Şahnazaryan kimilər nə qanır belə nümunələri?

Bəli, Ermənistan qarşısındakı öhdəlikləri icra etməlidir, konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddiaları çıxarılmalıdır! Bunun alternativ yoxdur! Əks təqdirdə, sülhün əldə olunması mümkün olmayacaq, hətta sənəd imzalansa belə! Ona görə yox ki, Azərbaycan və ya qardaş Türkiyə təhlükə yaradacaq, yox, Ermənistan bir az özünə gələn kimi, yenə də əsas qanundakı sərsəm iddiaları əsas gətirib, gərginliyə səbəb olan addımlar atacaq…
Zəngəzur dəhlizinin Ermənistandan keçən 42 km-lik hissəsində tikinti işlərinə başlanılmaması, prosesin gecikdirilməsi də Ermənistan daxilində və xaricindəki sülhə əngəl olan qüvvələrin “əməyinin bəhrəsi”dir. Necə ki, Şahramanyan, digər onun kimi zəhər tuluğu olanlar, türkü düşmən sayanlar istəmirlər ki, normal atmosfer yaransın. Çünki onların mayası belə yoğrulub, ancaq nifaq toxumu səpiblər…






