İnsanlara hürriyət, millətlərə istiqlal!

Tələbə yataqxanasında atışma: Ölənlər var - Bu ölkədə

606 13.02.2026 16:12 Dünya A A

ABŞ-də Cənubi Karolina Dövlət Universitetinin kampusunda silahlı insident baş verib.

Ötən gecə baş vermiş atışma nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Universitetin “Facebook” səhifəsində yerləşdirilən məlumata görə, tələbə yataqxana kompleksi “Hugine Suites”dəki yaşayış binasında baş vermiş silahlı insidentdən sonra kampus bağlanıb.

Universitet rəsmiləri həlak olanların kimliyini və yaralının vəziyyətini hələ təsdiqləməyib. Bildirilib ki, hadisənin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib və 13 fevralda bütün dərslər ləğv olunub./News24.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR