ABŞ Prezidenti Donald Tramp ölkədə yüksək yanacaq qiymətlərinin 2026-cı ilin noyabr ayındakı ara seçkilərinin nəticələrinə təsirindən narahat olmadığını iddia edir.
Musavat.com xəbər verir ki, o, bu barədə NBC News-a verdiyi müsahibədə danlşıb: "Mən heç narahat deyiləm".
Ağ Ev rəhbəri əmindir ki, yanacaq qiymətləri nəticədə İrana qarşı hərbi əməliyyatdan əvvəlkindən "daha aşağı olacaq".
Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-da bir qallon (3.785 litr) yanacağın orta qiyməti hazırda 3.68 dollardır. Cəmi bir ay əvvəl qiymət 2.90 dollar idi.
Amerika lideri enerji siyasətinin uğurunun sübutu kimi ABŞ-da benzin qiymətlərinin aşağı olmasını tez-tez qeyd edib. CNN-in əvvəllər xəbər verdiyi kimi, ABŞ administrasiyası əvvəlcə noyabr ayındakı ara seçkilərdən əvvəl Respublikaçılar Partiyasının xeyrinə əsas arqument kimi benzin qiymətlərinin aşağı düşməsini görürdü.
Musavat.com






