ABŞ prezidenti Donald Tramp daha bir jurnalisti təhqir edib.
Musavat.com xəbər verir ki, o, CNN jurnalisti Keytlin Kollinsi daim yalan danışmaqda, təbəssümünün olmamasında ittiham edib.
O, jurnalistin yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı qurbanlara dair sualından qəzəblənib: "Sən ən pis müxbirsən. CNN-in sənin kimi insanlara görə reytinqi yoxdur. Düşünürəm ki, səni heç vaxt gülümsədiyini görməmişəm. Səni 10 ildir tanıyıram və üzündə heç vaxt təbəssüm görməmişəm. Niyə gülümsəmədiyini bilirsən? Çünki həqiqəti demirsən".
Xatırladaq ki, dekabrın əvvəlində Tramp Ketlin Kollins öz proqramında Ağ Evin bal zalının tikintisinin bir il əvvəl elan ediləndən daha baha başa gələcəyini qeyd etdikdən sonra onu "axmaq" adlandırmışdı. Prezident büdcə artımını məkanın ərazisinin ikiqat böyüdülməsi, eləcə də bəzək və interyerlərin keyfiyyəti ilə əlaqələndirmişdi.
Musavat.com






