ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının X Platformasını cərimələməsini tənqid edib.
Musavat.com xəbər verir ki, Tramp Ağ Evdə kənd təsərrüfatı sənayesinin nümayəndələri ilə görüşdə Avropanın "çox pis istiqamətdə irəlilədiyi" barədə xəbərdarlıq edib. Cərimə ilə bağlı suala cavab olaraq Tramp Brüsselin qərarını xoşagəlməz adlandırıb: "Düşünmürəm ki, bu, düzgündür. Avropa çox diqqətli olmalıdır."
O, Aİ ölkələrinin hazırkı siyasi kursu ilə bağlı narahat olduğunu da deyib: "Biz Avropanı Avropa olaraq saxlamaq istəyirik. Avropa pis istiqamətdə gedir. Bu, çox pisdir, insanlar üçün çox pisdir. Biz Avropanın bu qədər dəyişməsini istəmirik".
Musavat.com






