İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın bu addımı ABŞ-ı Rusiyadakı agenti təcili evakuasiya etməyə məcbur etdi

527 11.12.2025 16:49 Dünya A A

CNN-in araşdırma reportajında sensasion məlumat yer alıb.

Musavat.com xəbər verir ki, CIA 2017-ci ilin mayında Rusiyanın hökumət strukturlarında çalışan ən yüksək rütbəli mənbələrindən birini Moskvadan təcili şəkildə çıxarmağa məcbur olub.

Səbəb isə ABŞ prezidenti Donald Trampın məxfi kəşfiyyat məlumatlarını Rusiyaya ötürmək riski yaradacağına dair ciddi narahatlıq olub.

Məlumata görə, evakuasiya qərarı Trampın Ağ Evdə Sergey Lavrov və o vaxtkı Rusiya səfiri Sergey Kislyakla görüş zamanı İsrailin ABŞ-la bölüşdüyü Suriya üzrə İŞİD məlumatlarını Moskva nümayəndələrinə açıqladığı epizoddan dərhal sonra verilib.

CIA rəhbərliyi həmin an başa düşüb ki, Trampın davranışı Rusiyada ifşa olunması ən təhlükəli nəticələrə səbəb ola biləcək yüksək rütbəli mənbəni risk altına salır. Buna görə də Vaşinqton həmin şəxsi “yanmadan xilas etmək” üçün təcili evakuasiya əməliyyatı həyata keçirib.

Bu hadisə ABŞ kəşfiyyat sistemində son illərin ən ciddi məxfilik böhranlarından biri kimi qiymətləndirilir və Vaşinqtonda Trampın kəşfiyyatla iş üslubu barədə uzun müzakirələrə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR