Noyabrın 29-da ABŞ Prezidenti Donald Trampın Florida ştatının Palm Biç şəhərindəki iqamətgahı üzərindəki məhdud hava məkanına mülki təyyarə daxil olub.
Musavat.com xəbər verir ki, məlumatı Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NADCOM) açıqlayıb. Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr havaya qaldırılıb: "Şənbə günü günortadan sonra Florida ştatının Palm Biç şəhərindəki müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni F-16 qırıcıları tutub. Təyyarə ərazidən təhlükəsiz şəkildə çıxarılıb."
Komandanlıq həftənin əvvəlində bir neçə oxşar pozuntunun baş verdiyini qeyd edib.
Tramp 25 noyabrdan bəri Floridadadır. Onun bu gün Vaşinqtona qayıtması gözlənilir.
Musavat.com






