İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk ölkəsi Putinin tələsinə niyə düşdü? - YENİ GƏLİŞMƏ

1260 05.01.2026 15:12 Dünya A A

Xəbər verildiyi kimi, ötən ayın sonunda Rusiya prezidenti Vladimir Putinin iqamətgahına iddia olunan PUA hücumundan sonra Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və İran Kremlə dəstək ifadə edib. Lakin MDB-nin digər üzv dövlətləri – Azərbaycan, Moldova və Ermənistan rəhbərləri “hücuma” reaksiya verməyib. Bu səbəbə Rusiya mediası bu üç ölkəni hətta hədəfə də alıb. Bakı, Kişinyov və İrəvan buna niyə getməyib? Səbəb əslində bəsitdir: ona görə ki, ABŞ kəşfiyyatı tezliklə müəyyən edib ki, bu Kremlin uydurduğu yalandır. Moskva bu yolla sadəcə, özünə sərfəli olmayan sülh danışıqlarını pozmaq istəyib.

Bəs 4 Türk dövləti niyə Putinin tələsinə düşdü? Bu, Moskvaya məqsədyönlü siyasi reveransdır, yoxsa...

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, hadisənin baş verdiyi gün hədəfin onun iqamətgahı olmadığını Putin yaxşı bilirdi:

“Ancaq əllərinə əlverişli bəhanə düşmüşdü və bunu böyütməyə cəhd göstərərək elan elədilər ki, artıq sülh danışıqları aparmağın mənası yoxdur. Məqsəd görünür, sülh danışıqlarından bu bəhanə ilə imtina etmək idi. İlk günlər Tramp özünü inanmış kimi göstərdi və Putinin istədiyi bəyanatları verdi. Lakin araşdırdıqdan sonra məlum oldu ki, Rusiya hakimiyyəti yalan danışıb və məqsəd sülh danışıqlarından imtina eləməkdir. Qəribə olan odur ki, Rusiyaya dəstək verən ölkələr içərisində bir neçə keçmiş sovetlər ittifaqına daxil olan türk respublikaları da oldu. Nədən onlar belə bir bəyanat verdilər? Şübhə eləmirəm onlar da əmin idilər ki, Rusiya hakimiyyətinin verdiyi bəyanatlar həqiqətə qətiyyən uyğun deyil. Təəssüf ki, burada Trampın administrasiyasının hazırladığı milli təhlükəsizlik strategiyası öz rolunu oynadı. Bu çox təhlükəli strategiyadır. Orada açıq şəkildə deyilir ki, ABŞ-nin əsas maraq zonası Qərb yarımkürəsi, Amerika qitəsidir, digər ərazilərin başqa dövlətlərin təsir zonası olmasına da ABŞ etiraz eləmir. Yəni Putinin 2021-ci ilin dekabrında ABŞ-yə və NATO-ya göndərdiyi təklifləri demək olar ki, Tramp Milli təhlükəsizlik strategiyasına daxil etdi. Putin deyirdi ki, keçmiş sovetlər ittifaqına daxil olan dövlətlər Rusiyanın təsir zonasında yerləşən dövlətlərdir və onlarla bağlı qərarlar mənimlə məsləhətləşəndən sonra qəbul oluna bilər. ABŞ-nin yeni Milli təhlükəsizlik strategiyası da Putinin bu istəyinə uyğundur. Trampın davranışları göstərir ki, ABŞ Rusiyadan ehtiyat edir. Avropanın da Rusiyadan çəkindiyi göz qabağındadır. Belə bir şəraitdə xüsusilə KTMT-yə daxil olan türk dövlətləri Rusiya təhlükəsi barədə düşünmək məcburiyyətində qalırlar”.

İki “ruh ekizi”, iki “təbii müttəfiq” - Abutalıb Səmədov yazır... -  Baki-Xeber.com

Siyasi ekspert vurğulayıb ki, əgər ABŞ Venesuelaya girib prezidenti yataq otağında qandallayıb aparırsa sabah Rusiya Qırğızıstana, Qazaxıstana, Ermənistana, yaxud başqa bir dövlətə daxil olub eyni addımı ata bilər: “Görünür keçmiş ittifaq respublikaları təhlükənin artdığını hiss edirlər. Buna görə də Putinin istədiyi bəyanatı verməyə məcbur olublar. Putinə verilən dəstək məqsədyönlü siyasi reveransdır və Trampın yürütdüyü siyasətin nəticələrindəndir. KTMT üzvü olan dövlətlər Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Güman ki, bu proses bundan sonra davam edəcək. Rusiya bu dövlətlərdə təsirini daha da gücləndirəcək”.

Etibar Seyidağa
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR