Türkiyə Böyük Millət Məclisində (TBMM) 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı gərginlik qalmaqala çevrilib.
Musavat.com xəbər verir ki, plenar iclas zamanı hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) üzvləri arasında qarşılıqlı ittihamlar səsləndirilib. Qısa müddət sonra sözlü mübahisə fiziki qarşıdurma və yumruqlaşma ilə nəticələnib.
İclas zalında bir müddət xaos yaşanıb, vəziyyət yalnız təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra nəzarət altına alınıb. Hadisədən sonra plenar iclas bərpa olunub.
Məlumata görə, qalmaqala baxmayaraq, 2026-cı il dövlət büdcəsi səsverməyə çıxarılıb və 320 səs lehinə, 249 səs əleyhinə olmaqla qəbul edilib.
Musavat.com






