İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə üç məşhurun narkotik test nəticələri müsbət çıxdı

1019 14.04.2026 00:27 Şou-biznes A A

Məşhurlara qarşı davam edən narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərin Adli Tibb Qurumundakı analiz nəticələri bəlli olub.

Aktrisa Hafsanur Sancaktutan, müğənni Emir Can İğrek və Ogün Alibaşın test nəticələri pozitiv çıxıb.

Məhkəmə Tibb Ekspertizasının hesabatında qeyd olunur ki, hər üç şəxsin saç nümunələrində kokain və onun metabolitlərinə rast gəlinib.

Qeyd edək ki, qan və sidik analizləri maddənin son bir neçə gündə istifadəsini göstərdiyi halda, saç analizi maddənin aylar əvvəl belə istifadə edildiyini üzə çıxara bilir. Bu səbəbdən saç nümunələrində kokain tapılması hüquqi baxımdan ciddi bir sübut sayılır.//Milli.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR