Türkiyənin cənub-qərbində, Denizli şəhərində yerləşən filtr sistemləri istehsalı zavodunda güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, ilkin məlumata görə, anbar sahəsində naməlum səbəbdən başlayan yanğın qısa müddətdə zavodun böyük hissəsinə yayılıb.
Hadisə zamanı zavodda heç kimin olmadığı bildirilir. Yanğın barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər davam edir.
Yanğının səbəbləri və dəyən maddi ziyanla bağlı araşdırma aparılır. Yerli hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu bildirsə də, yanğının miqyası bölgədə narahatlıq yaradıb.
Musavat.com






