Vladimir Putinlə görüşdən sonra ABŞ prezidentinin sülhməramlı əməliyyatlar üzrə xüsusi elçisi Stiven Uitkoff və Jared Kuşner Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıblar.
Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zelenski bildirib ki, görüş zamanı müharibənin sona çatmasını təmin edə biləcək və Rusiyanın üçüncü hücum təhlükəsini aradan qaldıra biləcək addımlar müzakirə olunub.
Ukrayna prezidenti qeyd edib ki, tərəflər gələcək addımlar və ünsiyyət formatları barədə razılığa gəliblər.
Musavat.com






