Musavat.com xəbər verir ki, Rusiya ordusunun əsir düşmüş hərbçisi iki ay yarımdan çox müddətdə Ukrayna Silahlı Qüvvələrinin mövqeyində ukraynalı əsgərlərlə birlikdə yaşayıb.
Məlumata görə, 23 yaşlı Daniil Sıçov Donetsk vilayətinin Konstantinovka istiqamətində əsir götürülüb. “Novinarna” nəşrinin yaydığı reportajda bildirilir ki, o, təxliyə olunana qədər bir neçə gün əvvələ kimi Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının “Xolodnıy Yar” adlı bölməsindən olan iki hərbçi ilə eyni mövqedə qalıb.
Sıçov jurnalistlərə deyib ki, ona normal münasibət göstərilib. O, mövqedə təsərrüfat işlərində kömək edib, istehkam quruculuğunda iştirak edib və döyüş tapşırıqları zamanı əsgərləri “sığortalayıb”.
Rusiyalı əsirdən bunu niyə etdiyini soruşduqda isə o, qısa cavab verib: “Yaşamaq istəyirdim”.
Musavat.com






