İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın strateji obyektlərini VURDU - VİDEO

597 14.12.2025 15:09 Dünya A A

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dekabrın 14-nə keçən gecə Rusiya ərazisində bir sıra obyektlərə zərbələr endirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, qurumun məlumatına görə, hücumlar zamanı Rusiyanın Afipski neft emalı zavodu (NEZ), həmçinin Uryupinsk şəhərində yerləşən neft bazası vurulub.

Baş Qərargah eyni zamanda Ukraynanın işğal altında olan ərazilərində yerləşən Rusiya hərbi obyektlərinə də zərbələr endirildiyini bildirib.

Belə ki, Donetsk vilayətində iki radioelektron mübarizə stansiyası, iki idarəetmə məntəqəsi və bir radiolokasiya stansiyası məhv edilib.

Zaporojye istiqamətində isə “Tor-M2” zenit-raket kompleksi və pilotsuz uçuş aparatları üzrə laboratoriya vurulub.

Bundan əlavə, Krım ərazisində iki yanacaq-sürtkü materialları bazası, “Kasta-2E2” radiolokasiya stansiyası və S-300/S-400 hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan 96L6E radiolokasiya stansiyasının sıradan çıxarıldığı qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR