İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya qarşı kütləvi hücum gözlənilir — 600-dən çox PUA...

531 29.11.2025 02:00 Dünya A A

Bu gecə Ukraynanın müxtəlif bölgələrinə çox iri miqyaslı kütləvi zərbə endirilə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. Məlumatlara görə, Rusiya tərəfinin 600-dən çox PUA və müxtəlif tipli raketlərdən istifadə edəcəyi ehtimal olunur. Xüsusilə X-101 tipli qanadlı raketlərin Ukraynanın qərb vilayətlərinə yönələcəyi bildirilir.

Kütləvi hücum riski yüksək olan şəhər və bölgələr bunlardır:

Dnepr

Zaporojye

Çerniqov

Kremençuk

Çerkası

Kiyev və Kiyev vilayəti

Lutsk

Rovno

Lvov

İvano-Frankovsk

Ternopol

Mukaçevo

Odessa

Ukrayna hərbi orqanları ölkə üzrə hava həyəcanı ehtimalının artdığını bildirir.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR