Baş nazir Ciorcia Meloni 6 yanvarda Parisdə keçirilən "istəklilər koalisiyası"nın iclasından sonra İtaliyanın Kiyevin təhlükəsizliyini təmin etmək üçün Ukraynaya qoşun göndərməkdən imtina etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, onun bəyanatı İtaliya hökumətinin saytında dərc edilib.
Mətbuat açıqlamasında İtaliya hökumətinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini istisna etdiyi bildirilib. Danışıqlar zamanı atəşkəsin monitorinqi və Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi də daxil olmaqla, Ukraynanın suverenliyini və müstəqilliyini dəstəkləmək üçün tədbirlər müzakirə edilib.
Musavat.com






