Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (UTMŞ) katibi Rüstəm Umerov ABŞ-da amerikalı danışıqlar heyəti ilə görüşün başladığını elan edən sosial media paylaşımını gözlənilmədən silib.
Musavat.com xəbər verir ki, Umerov əvvəlcə ABŞ rəsmiləri — o cümlədən Uitkoff və digər nümayəndələrlə görüşlərin start götürdüyünü yazmışdı. Lakin paylaşım çox qısa müddət sonra onun bütün sosial şəbəkə hesablarından yoxa çıxıb.
Paylaşımın niyə silindiyi barədə heç bir rəsmi izahat verilməyib. Bu addım Kiyev və Vaşinqton arasında aparılan qapalı danışıqların məzmunu, eləcə də mümkün razılaşmalarla bağlı yeni suallar yaradıb.

Musavat.com






