İnsanlara hürriyət, millətlərə istiqlal!

“Uzak şehir”ə gələn iradlara cavab verdi - Video

1317 21.04.2026 21:46 Şou-biznes A A

Aparıcı Leyla Mustafayeva “Uzak şehir” serialının çəkiliş meydançasından hazırladığı süjet və müsahibə ilə bağlı ünvanlanan tənqidlərə münasibət bildirib.

Musavat.com xəbər verir ki, aparıcı bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.

O qeyd edib ki, Türkiyədə serial çəkiliş meydançalarına daxil olmaq və aktyorlarla müsahibə almaq sanıldığı qədər asan deyil: “Türkiyədə hər hansı bir serialın çəkiliş meydançasına daxil olmaq və aktyorlarla müsahibə almaq düşündüyünüz qədər sadə və sərbəst proses deyil. Bu işlər ciddi qaydalarla, əvvəlcədən razılaşdırılmış şərtlər və müqavilələrlə tənzimlənir. Aktyorların müqavilələrində açıq şəkildə qeyd olunur ki, onlar icazəsiz heç bir platformaya müsahibə verə bilməzlər.”

Aparıcı vurğulayıb ki, çəkiliş və müsahibə yalnız qarşı tərəfin müəyyən etdiyi çərçivədə həyata keçirilib: “Biz də icazə verilən şəraitdə çəkiliş edə bildik. Suallar əvvəlcədən qoyulan çərçivəyə uyğun seçildi və bu, bizim istəyimiz kimi yox, prodakşının müəyyən etdiyi qaydalar əsasında baş tutdu.”

Leyla Mustafayeva əlavə edib ki, jurnalistikanın əsas prinsiplərindən biri mövcud şəraitdən maksimum istifadə etməkdir: “Əgər kiçik də olsa imkan varsa, ondan düzgün istifadə etmək lazımdır. Biz də məhz bu prinsiplə hərəkət etdik”.

O, həmkarlarına müraciət edərək, məsələnin bütün detallarını bilmədən fikir bildirməməyə çağırıb və qeyd edib ki, bu cür müsahibələrin məhdud formatda olması sahənin reallığıdır.

Aparıcı, həmçinin aktyor Elşən OrucovOzan Akbabaya təşəkkür edib: “Bu çətin vəziyyətdə bizə şərait yaratdılar. Qısa da olsa müsahibə almağa imkan verdilər.”

Sonda Leyla Mustafayeva bildirib ki, səfərin əsas məqsədi Mardin şəhərinin adət-ənənələrini təqdim etmək olub və çəkiliş meydançasına daxil olmaq planlaşdırılmayıb, yaranan fürsətdən istifadə edilib.

Qeyd edək ki, sözügedən süjet “Ənənə boğçası” proqramında yayımlanıb.

Könül

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR