ABŞ administrasiyası Rusiya-Ukrayna müharibəsi ətrafında aparılan diplomatik təmaslarla bağlı nikbin mesaj verib.
Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livitt tərəflərin danışıqlar zamanı “əhəmiyyətli irəliləyiş” əldə etdiyini açıqlayıb.
Onun sözlərinə görə, proses bununla bitmir və yaxın gələcəkdə daha bir danışıqlar raundunun keçirilməsi gözlənilir. Vaşinqton rəsmisi əlavə edib ki, tərəflər müəyyən məsələlər üzrə mövqeləri yaxınlaşdırmağa nail olub və bu, diplomatik həll ehtimalını artırır.
Musavat.com






